Mini-futbol üzrə Azərbaycan milli komandası Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Newscenter.az-ın məlumatına görə, Elşad Quliyevin baş məşqçi olduğu kollektiv finalda Rumıniyanı məğlubiyyətə uğradıb - 1:0.
"İdman TV" telekanalı vasitəsilə canlı yayımlanan görüşdə yeganə qolu 25-ci dəqiqədə Seymur Məmmədov vurub.
Bununla da Azərbaycan millisi tarixində ilk dəfə qitə çempionu olub.
Üçüncü yer uğrunda görüşdə isə Bolqarıstan Qazaxıstanı 4:1 hesabı ilə yenib.
Qeyd edək ki, Azərbaycan millisinin son 3 görüşündə yendiyi komandalar daha əvvəl Avropa çempionu olublar. Yığma yarımfinalda Qazaxıstana 3:2, Slovakiyaya 1:0 hesabı ilə qalib gəlib.