Cari ilin 5 ayı ərzində ölkədə 19,6 milyard kubmetr təbii qaz hasil edilib.
Newscenter.az-a Eenergetika Nazirliyindən daxil olan məlumata görə, qazın 5,8 milyard kubmetri AÇG-dən, 10,6 milyard kubmetri “Şahdəniz”dən, 3,2 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 15,3 faiz, yəni 2,6 milyard kubmetr artımla qaz hasil edilib.
Hesabat dövründə xaricə qaz satışı 9,4 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,0 faiz çoxdur. Cari ilin yanvar-may aylarında Türkiyəyə 3,6 milyard kubmetr, Avropaya 4,5 milyard kubmetr, Gürcüstana isə 1,3 milyard kubmetr qaz satılıb. Bu dövrdə BTC boru kəməri sisteminə 45 milyon kubmetr qaz verilib. Qeyd edək ki, Türkiyəyə TANAP-la bu müddətdə 2,4 milyard kubmetrə yaxın qaz nəql olunub.
Sevinc