2022-ci ilin yanvar-may ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 13,9 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
Respublika üzrə neft hasilatının 8,8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,9 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,2 milyon ton təşkil edib.
Newscenter.az-a Eenergetika Nazirliyindən daxil olan xəbərə görə, hesabat dövründə 11,4 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 10,7 milyon tona yaxın konsorsiumun, 696 min tonu isə SOCAR-ın payına düşür.
Sevinc