Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Qran Prisinə bilet alarkən dələduzların tələsinə düşməmək üçün BUNLARI EDİN

Azərbaycan Qran Prisinə bilet alarkən dələduzların tələsinə düşməmək üçün BUNLARI EDİN


Bakı möhtəşəm bir tədbirə ev sahibliyi edir – şəhərin küçələri yenidən Formula 1 Qran Prisi həyəcanına bürünüb. Məlumdur ki, belə böyük beynəlxalq tədbirlər həmişə fırıldaqçılar üçün idman həvəskarlarının sadəlövhlüyündən və ya diqqətsizliyindən istifadə edərək pul qazanmaq fürsətləri yaradır. Newscenter.az xəbər verir ki, Kaspersky, istifadəçi məlumatlarını qoruya və pula qənaət edərək təcavüzkarların tələsinə düşməmək üçün öz tövsiyələri ilə bölüşür.

Hansı fırıldaqçılıq sxemləri üzə çıxa bilər?

Birincisi, Formula 1-ə həsr olunmuş kütləvi spam göndərişləri. Təcavüzkarlar insanların tədbiri canlı izləmək istəyindən istifadə edirlər: guya Azərbaycan Qran Prisinin rəsmi təşkilatçıları, sponsorları və ya məşhur brendlər tərəfindən keçirildiyi iddia edilən lotereyadakı “qələbə” barədə mesajlar yayırlar. Saxta e-poçtda potensial qurbandan guya bilet əldə edə bilməsi üçün öz şəxsi məlumatlarını təqdim etməsi istənilə bilər. Həmçinin, həmin məktubda endirimlə bilet almaq üçün saxta səhifələrə yönləndirən keçidlər də göndərilə bilər. Onlara klikləməklə, istifadəçilər şəxsi məlumatlarını və bank kartı nömrələrini təcavüzkarlara açıqlamaq riskinə məruz qalırlar.

Digər mümkün təhlükə saxta bilet xidmətləri ilə bağlıdır. Onlar tərkibində "formula1", "bakuformula1" kimi açar sözləri ehtiva edərək çox inandırıcı görünə bilərlər. Təcavüzkarlar veb server və brauzer arasında təhlükəsiz bağlantı təmin edən SSL sertifikatları ala bilər ki, saxta saytın ünvanı “https” ilə başlayaraq şübhə çəkməsin. Bu cür təhlükəsiz bağlantı işarəsi idman həvəskarlarının sayıqlığını azalda və nəticədə onların fırıldaqçılara pul göndərməyinə yol aça bilər.

“Spontan rəsmlər, tədbirdən bir saat əvvəl bilet paylanması və s. kimi bütün xüsusi təkliflərə qarşı diqqətli olun. Onların hamısı sizi qərar verməyə və məlumatları tez təqdim etməyə tələsdirir. Şəxsi və maliyyə məlumatları tələb edən bir formanı doldurmaqla, məlumatlarınızı oğurlatmaq və əvəzində biletsiz və pulsuz qalmaq riskini gözardı etməyin. Eyni şey eksklüziv VIP aksiyalara da aiddir”, – deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov xəbərdarlıq edib.

Biletləri təhlükəsiz şəkildə necə almaq olar?

• Saxta xidmətlər tez-tez müxtəlif vebsaytlarda və sosial şəbəkələrdə poçt göndərişləri və ya internet bannerlərindən istifadə etməklə reklam olunur. E-poçt göndərişləri və ya messencerlər vasitəsilə gələn linklərə keçid etməyin, məlumatlarınızı oraya daxil etməyin və şübhəli əlavələri açmayın;
• Bilet almaq üçün ayrıca kart təyin edin və qeyri-rəsmi onlayn mağazalardan biletdən tutmuş suvenirlərə kimi heç nə almayın. Rəsmi mağaza: FORMULA 1 AZERBAIJAN GRAND PRIX (bakucitycircuit.com);
• Tədbirin onlayn yayımı üçün bilet almaq və ya Formula 1 video yazılarına giriş təkliflərinə son dərəcə ehtiyatla yanaşın, təşkilatın rəsmi saytında bütün təkliflər və aksiyalar haqqındakı məlumatları təkrarən yoxlayın;
• Daxili anti-fişinq alətinə malik antivirus həlli quraşdırın. Məsələn, daxili poçt, fayl və veb antivirusuna malik Kaspersky Internet Security həlli spamları süzgəcdən keçirə, fişinq saytlarını aşkarlaya və zərərli proqramları zərərsizləşdirə bilər.

Sevinc
Xəbəri paylaş