Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Avropa Parlamentinin üzvü, Nəqliyyat və Turizm Komitəsinin sədr müavini Andris Amerikslə görüş keçirib.
Newscenter.az nazirliyə istinadən xəbər verir ki, görüş zamanı Azərbaycanla Avropa İttifaqının əlaqələrinin dinamik inkişaf etdiyi, rəqəmsallaşma və nəqliyyat sahəsi də daxil olmaqla müxtəlif sektorlar üzrə əməkdaşlıq üçün böyük potensialın olduğu bildirilib.
Daha sıx əlaqələrinin qurulması üçün irəli sürülən təkliflər ətrafında fikir mübadiləsi aparılıb.
Sevinc