Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xalqı öz arxasınca aparmağa qadir lider - Heydər Əliyev

Xalqı öz arxasınca aparmağa qadir lider - Heydər Əliyev


Bəşər övladı dünyada göz açdığı gündən insani hisslərlə əhatələnir. Kimi zaman sevinir, kimi zaman kədərlənir, kimi zaman fəxr edir, qürur duyur. Bu sadaladığım hissləri zaman- zaman dadırıq. Düşünürəm ki, ən azı bir kərədə olsa hər birimiz Ulu öndər Heydər Əliyevin kəlamına istinad olaraq demişik “ Mən fəxr edirəm ki, Azərbaycanlıyam” . Bu ifadəni işlədən zaman həm özümüzlə həmdə milli mənsubiyyətimizlə fəxr etmişik. Çox uzaq keçmişə getməyəcəm Şanlı zəfər tariximiz yazılan zaman, 44 günlük Vətən müharibasi ərəfəsi hər bir Azərbaycan vətandaşı bu misilsiz qələbə zamanı qürur hissi keçirirdi. Qürur duyurdu Vətəni ilə, milləti ilə, dövləti və dövlətçiliyi ilə, ordusu ilə, Ali Baş Komandanı ilə və birdə bu millətə qurtuluş bəxş edən Ulu öndəri ilə.

Dövlətçilik tariximizin şanlı qürur səhifəsi- 15 İyun. Bu gün Azərbaycan tarixində bir bayram təqvimidir. Ancaq sadəcə bir təqvim deyil eyni zamanda içtimai , siyasi və tarixi əhəmiyyətə malik bir tarixdir. Bu tarix Azərbaycan dövlətinin banisi, böyük şəxsiyyət , dahi isan Ulu öndər Heydər Əlirza oğlu Əliyevin , böyük xilaskarın qayıdış günüdür.

Vətən darda idi. Ölkə parçalanmaq təhlükəsi ilə üz-üzə dayanmışdı. Siyasi hərcmərclik, xaus, böhran höküm sürurdü. Artıq elə bir hədd yaranmışdı ki, vətəndaş müharibəsi başlana bilərdi. Torpaqlarımız Ermənistan tərəfindən davamlı işğal olunurdu . Sadaladığım bu amillər göstərirdi ki, xalqın bir liderə ehtiyacı var. Elə bir liderə ki, o xalqı öz arxasınca aparmaq iktidarında olsun. Bu yolda bütün hər kəsin fikrində bir şəxsiyyət var idi. O şəxsiyyətdi bütün hər kəsin qəbinin səsi və sonsuz inamı idi . Bu şəxsiyyət Ulu öndər Heydər Əliyevdən qeyrisi ola bilməzdi.

Heydər Əliyev 1993-cü il iyunun 9-da xalqın çağırışına səs verǝrǝk Bakıya qayıtdı.Xalq ona güvəndi, o xalqına arxalandı. İyun ayının 15-də HeydərƏliyev Ali sovetin sədri seçildi və böyük risklərə baxmayaraq, xalqın qurtuluş missiyasını cəsarətlə öz üzərinə götürdu. Bu ağır, məsuliyyətli və çətin işdən üzü ağ , alnı açıq çıxdı. Azərbaycan xalqının qurtuluşunu təmin etdi. Hər bir Azərbaycan Vətəndaşının qəlbində dərin köklərə malik sevgi bağı yaratdı. O elə bir sevgi bağıdır ki, bu gün Ulu öndər cismən aramızda olmasada Azərbaycanda formalaşan hər yeni nəsil ulu öndərin surətin görməsədə onu qəlbən sevir, qəlbdən sevir. Belədə olmalıdır. Vətəni sevirsənsə, ilk öncə Vətən torpağını laləzar edən şəxsiyyəti sevməlisən.

Ulu öndər Heydər Əliyev demişdir. “ Mənim həyatım da , fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır. Ümumilli lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyini vacib sayırdı. Əgər ölkədə içtimai-siyasi mühid olmasa, heç bir sosial –iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz. Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı. Xalqın qurtuluşunu təmin etdi. Yalnız o sadəcə bununla kifayətlənmədi. Müdrük siyasətini uğurla davam etdirərək ölkəni məhv olma təhlükəsindən inkişafa doğru yönəltməyi bacardı. Bundan sonrakı bütün həyat və fəaliyyətini canından çox sevdiyi Azərbaycana həsr etdi. Yorulmadan ölkənin inkişafı üçün çalışdı. Heydər Əliyev tarixə sadəcə qızıl həriflələ təqvimlər yazdırmadı. Eyni zamanda öz adını Azərbaycan tarixinə və hər bir azərbaycanlının qəlbinə ən başdan böyük həriflərlə yazdı.

Bu gün Ulu öndərin siyasi missisiyasını Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev uğurla davam etdirir. Azərbaycan xalqı Ulu öndərə göstərdiyi ehtimadı dəmir yumruq kimi İlham Əliyevin ətrafında cəm olaraq ona göstərir və cənab İlham Əliyev Ulu öndər Heydər Əliyev kimi xalqına böyük inam bəsləyir.

Ulu öndərin şah əsəri olan bu günkü müstəqil, azad, bötöv və qalib Azərbaycan onun vəsiyyətini yerinə yetirən oğlu İlham Əliyevin səyi nəticəsində əminliklə demək olar ki , artıq böyük lider Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.

Sizi və sizin bizə olan xidmətlərinizi heç bir zaman unutmayacayıq əbədiyaşar lider. Hər zaman qəlbimizdə yaşayacaqsınız. Bu Vətənin övladı, Heydər Əliyev yolunun yolçusu olduğum üçün yazımın əvvəlində yazdığım fəxr və qürur hissini hər zaman qəlbimdə hiss edirəm.
Qurtuluşun mübarək əziz məmləkətim! Ey Vətən, bayrağın hər zaman ən yüksək zirvələri fəth etsin. Sənə ən çox bayram yaraşır. Xoş günlərin bol olsun. Bayramımız mübarək!

Tərtər rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi , YAP fəalı- Fəridə Süleymanova
Xəbəri paylaş