Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Araikin həyasızlığı

Araikin həyasızlığı


Xankəndidəki erməni terror qrupunun rəhbəri Araik Rusiya prezidenti Putinə "Rusiya Günü" münasibəti ilə təbrik göndərib. Bu , Araikin həyasızlığıdı, eyni zamanda Putininin ikiüzlüyüdür. Putinin işarəsi olmasa , bu terrorçu ona təbrik göndərməzdi. Bir daha Putinin nəzərinə çatdırırıq ki , Araik Azərbaycanın Xankəndi bölgəsində terror qrupu yaradıb və onun Əl-Kaida terror qrupundan heç bir fərqi yoxdur.

Özünə hörmət edən dövlət başçısı Əl-Kaida və ya Araik terror qrupundan təbrik qəbul etməzdi. Biz 2020-ci ilin sentyabrında bu terror qrupunun başını əzirdik , Siz, Putin xahiş etdiniz ki , yumruğumuzu saxlayaq. Yumruq yenidən qalxacaq , onda heç bir xahişə yer qalmayacaq. Cənab Putinə məsləhət görərdik ki , bizim səbrimizlə oynamasın, terror tör-töküntülərini də müdafiə etməkdən çəkinsin. Putinin bizimlə oyun oynamaq istəyi , niyyəti göz önündədir . Amma bilməlidir ki , oyunları öz başında çatlayacaq.

Akif Nağı-QAT sədri
Xəbəri paylaş