Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət Komitəsinin sədri Yardımlıda vətəndaşları qəbul edəcək

Dövlət Komitəsinin sədri Yardımlıda vətəndaşları qəbul edəcək


Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iyunun 17-də Masallı, Cəlilabad, Yardımlı rayonlarından olan vətəndaşları qəbul edəcəkdir. Qəbul Yardımlı rayon Heydər Əliyev Mərkəzində (Heydər Əliyev pr,165) saat 11:00-da keçiriləcəkdir.

Newscenter.az xəbər verir ki, Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

Mehman
Xəbəri paylaş