Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Lənkəran və Şirvanda yerləşən QHT-lərin ofislərində görüşlər keçirilib

Lənkəran və Şirvanda yerləşən QHT-lərin ofislərində görüşlər keçirilib


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi “QHT ziyarətləri” layihəsi çərçivəsində Lənkəran və Şirvan şəhərlərində növbəti görüşlər keçiriblər.

Newscenter.az xəbər verir ki, layihə çərçivəsində Lənkəran şəhəri "Şəfəq" Ekoturizm ictimai birliyi, Şirvan şəhəri "Sağlam Mühit" gənclərin inkişafına kömək və “Mərhəmət” Kimsəsizlərə Yardım ictimai birliklərin ofisləri ziyarət edilib.

“QHT ziyarətləri”ndə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri İlqar Orucov , Zaur İbrahimov, Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov və Agentliyin məsul əməkdaşları iştirak ediblər.

Görüşlər zamanı QHT sədrləri Vamiq Babayev, Əli Mirzəyev və İradə Polad öz fəaliyyətləri haqqında geniş məlumat veriblər. Onların təklif və problemləri dinlənilib.

Sevinc
Xəbəri paylaş