Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Növbəti hədəf Zəngəzur olmalıdır

Növbəti hədəf Zəngəzur olmalıdır


Erməni ictimaiyyətini məğlub olduğuna və Qarabağın bizə aid olduğuna tam əmin edə bilmişik. Növbəti hədəf Zəngəzur olmalıdır. Hədəflərə gedən yol bəzən çətin ola bilər, amma biz hədəfi deyil, hədəfə aparan metodu (yolu) dəyişə bilərik. Hədəf əldə olunandan sonra yenisini təyin etməliyik.

Yuxarıda yazılanların real oluğunu, Əsgərimizin erməni ordusu ilə bərabər düşmən cəmiyyətini də parçaladığını göstərmək üçün “Azatutyun” radiosunun Facebook səhifəsində İrəvanda davam edən müxalifət aksiyaları və ümumilikdə ölkədəki vəziyyətlə bağlı yazının altındakı maraqlı istifadəçi şərhlərini sizinlə bölüşürəm.

Kristina Mirzoyants: “Bu, satqın hakimiyyətdir, bir ermənini həm vətəndaş, həm də şəxsiyyət kimi biabır ediblər. İndi heç kim ermənilərlə məşğul olmaq istəmir. Bütün hökumətlər savadsız Nikola gülür”.

ABŞ-dan Anahit Muradyan: “Siz hamınız yaxşı bilirsiniz ki, nə mənə, nə də sizə Qarabağ lazım deyil”.

Anya Wattsenko: “Bəli, xalqı müdafiə edəcək ordu yoxdur. Amma hökuməti öz xalqından qoruyan, qalxanları olan yaxşı təlim keçmiş polis qüvvəsi var”.

Zara Sarkisyan: “Serj günahkardır. 2018-ci ildə o, Nikolun indi etdiyini etməli idi. Və o, sadəcə olaraq ölkəni bir dəlinin əlinə verdi. Bilin ki, Qarabağ tam təslim olandan sonra sizin evlərinizdə 100 min qarabağlı yaşayacaq”.

Alla Jamkoyan: “Qarabağlılar müharibədə İrəvana qaçdı. Bizim oğlanlar isə onlar üçün orada həlak oldular".

Ədalət Verdiyev-hərbi ekspert
Xəbəri paylaş