Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vaqif Abdullayev yazır: Qurtuluş Zəfərindən Böyük Qayıdışa

Vaqif Abdullayev yazır: Qurtuluş Zəfərindən Böyük Qayıdışa


Azərbaycan xalqı bu gün son 200 illik tarixinin ən şərəfli dövrünü yaşayır, XIX əsrin əvvəllərindən itirilmiş tarixi torpaqlarını və öz ərazi bütövlüyünü bərpa edən müstəqil Azərbaycan Respublikası bu gün Heydər Əliyevin Qurtuluş salnaməsi ilə intibahının ən parlaq dövrünə qədəm qoyub.

Azərbaycan ötən əsrlərdə ən ağır və çətin sınaqlarla, dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzə qalıb. Ancaq öz müdrik və dahi övladı Ulu öndər Heydər Əliyevin qətiyyəti və rəşadəti sayəsində bu sınaqlardan üzüağ çıxaraq tariximizin ən möhtəşəm səhifələrindən biri olan 15 İyun Milli Qurtuluş bayramı ilə dövlətçiliyimizi qoruyub saxlamışdır.

29 il əvvəl Xilaskarımız Heydər Əliyevin sayəsində Azərbaycan fəlakətlərdən qurtularaq dönməz Yola qədəm qoydu. Hər şey bu müqəddəs Günlə, möhtəşəm Yolla başlandı. Qurtuluş Günü Azərbaycanın xilasının Xilas simvoluna çevrildi. Zəfərə gedən Yolun parlaq rəmzini özündə daşıdı.

Qurtuluş Zəfərimizin məntiqi sonu 44 günlük Vətən savaşında qazanılmış parlaq Qələbə oldu. Qurtuluş hərəkatı bizi Qarabağ Zəfərinə gətirib çıxardı.

Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev Ata vəsiyyətini yetirərək işğalçı Ermənistanın tapdağında olan Qarabağımızı azad etdi. Onun Qarabağın tacı Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən söylədiyi bu fikirlər yaddan çıxmır: “Mən bu gün Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik!”.

Ulu öndər Heydər Əliyev adını Azərbaycan tarixinə dövlətimizin, xalqımızın Xilaskarı, İlham Əliyev isə qalib olkənin qalib Sərkərdəsi kimi Qurtuluşumuzun, Qələbəmizin yeni səhifəsini yazdı.

29 il əvvəl ərazilərini itirmiş, Qarabağsız, Şuşasız qalmış zəif Azərbaycan bu gün öz ərazi bütövlüyünü və sərhəd toxunulmazlığını təmin etmiş güclü dövlətə çevrilib.

Azərbaycan Xalqı Qarabağın hər qarış torpağında, Şuşada Qurtuluş bayramını qeyd edir, Heydər Əliyevin vaxtilə qurub yaratdığı Qarabağ yenidən qurulur.

Bu gün Ulu öndərin ruhu şaddır, Onun ən böyük arzusu olan Qarabağ özümüzdədir, Şuşada üçrəngli ay-ulduzlu Azərbaycan bayrağı dalğalanır.

Xoşbəxtik ki, Uca Tanrı bu günləri də bizə nəsib etdi.

15 İyun həm də iki qardaşın - Azərbaycan və Türkiyənin Şuşada imzaladığı Şuşa Bəyannaməsinin ildönümüdür. Bir il əvvəl Müzəffər Ali Baş Komandan İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada möhtəşəm Müttəfiqlik Bəyannaməsini imzalamaqla sarsılmaz qardaşlığın yeni səhifəsini açdılar, Qarabağın əbədi təhlükəsizliyinin təminatına möhkəm təməl qoydular.

Bu gün Əziz Şuşa şox qürurlu, bəxtəvərdir, Şuşa qalasında, Gövhər ağa məscidində Azərbaycan və Türkiyənin ay-ulduzlu bayraqları dalğalanır.

Bu gün Türk dünyasının iki dahi oğlu Mustafa Kamal Atatürkün və Heydər Əliyevin ruhları şaddır.
Ulu öndərin başlatdığı Qurtuluş Hərəkatı bu gün Böyük Qayıdış Hərəkatına çevrilib.

Bu gün iki qardaş ölkə qol çırmayıb yorulmaz əməklə, bir ürəklə Qarabağı yenidən qurur, Zəfərimizin davamı olan Böyük Qayıdışın icrasını təmin edir.

Xalqımızı bu Xoş günlər, Qurtuluş Bayramı münasibətilə təbrik edirəm!

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki
Xəbəri paylaş