Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın yığması bu gün Norveçin qonağı olacaq

Azərbaycanın yığması bu gün Norveçin qonağı olacaq


21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu görüşünü keçirəcək.

Newscenter.az xəbər verir ki, "Report"un məlumatına görə, Milan Obradoviçin baş məşqçi olduğu komanda X turda səfərdə Norveçin müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gələcək.

Drammen şəhərindəki “Marienlyst” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Görüşü Luka Bilbiyanın başçılıq etdiyi Bosniya və Herseqovinadan olan hakimlər idarə edəcək.

Norveç seçməsi 9 oyundan sonra 21 xalla ikinci pillədə qərarlaşıb. Azərbaycan millisi isə 7 xalla 5-ci sıradadır.

AVRO-2023, seçmə mərhələ

20:00. Finlandiya – Azərbaycan

Baş hakim: Luka Bilbiya (Bosniya və Herseqovina)

Drammen. “Marienlyst” stadionu
Xəbəri paylaş