Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çavuşoğlu: "Azərbaycanı sülh bölgəsinə çevirmək üçün fəaliyyətimiz davam edir”

Çavuşoğlu: "Azərbaycanı sülh bölgəsinə çevirmək üçün fəaliyyətimiz davam edir”


“Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra hər şey bitmiş deyil. Buranı sülh bölgəsinə çevirmək üçün fəaliyyətimiz davam edir”.

Newscenter.az-ın məlumatına görə, “Report” xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bingöldə bildirib.

Onun sözlərinə görə, Almaniyanın xarici işlər naziri Annalena Berbok Türkiyəyə səfər edəcək: "O, koronavirusa yoluxduğundan səfərini təxirə salmışdı. Ancaq yaxın günlərdə Türkiyəyə gələcək".

M.Çavuşoğlu Rusiya-Ukrayna müharibəsinin yaratdığı probemlərdən də danışıb: "Dünyada enerji və qida sahələrində qıtlıq var. Latın Amerikasında istehlak böhranı yaranıb. "Niyə Ukraynada müharibənin uzanmasını istəyirsiniz?”, - deyə soruşanda məqsədlərinin Rusiyanın zəifləməsi olduğunu söyləyirlər”.
Xəbəri paylaş