Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Medvedev: "Moskva Avropa İttifaqının Ukraynanın qərbinə yaxın olan şəhərlərini vuracaq"

Medvedev: "Moskva Avropa İttifaqının Ukraynanın qərbinə yaxın olan şəhərlərini vuracaq"


“ABŞ-ın verdiyi raketlərdən Rusiyaya hücum etmək üçün istifadə edərlərsə, onda Moskva Avropa İttifaqının Ukraynanın qərbinə yaxın olan şəhərlərini vuracaq”.

Newscenter.az-ın məlumatına görə. “Report” “Moldova-news.md”yə istinadən xəbər verir ki, bunu Rusiyanın eks-prezidenti, Milli Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bildirib.

Qeyd edək ki, 56 yaşlı D.Medvedev ötən həftə sosial şəbəkədə Ukrayna haqqında sərt status paylaşıb: “Məndən tez-tez teleqramda sərt statuslar paylaşdığm barədə soruşurlar. Onlara nifrət etməyim cavabımdır. Onlar bədbəxt və yarımçıqdırlar”.

Sabiq prezident Qərb dövlətlərinə xəbərdarlıq edərək bildirib: “Məhşər çaparı yoldadır”.

Rusiyanın hücumu davam etdirməyə hazır olduğuna dair belə paylaşım edib: “Onlar Rusiya uğrunda ölməyə hazırdır. Nə qədər ki sağam onların (Ukraynanı nəzərdə tutur - red.) məhv olması üçün əlimdən gələni edəcəyəm”.

Qeyd edək ki, D.Medvedev 2008-2012-ci illərdə Rusiya Prezidenti, 2012-2020-ci illərdə isə Baş nazir olub.
Xəbəri paylaş