Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasının tarixi məlum olub

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasının tarixi məlum olub


Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclasının tarixi məlum olub.

Newscenter.az-ın xəbərinə görə, toplantının iyunun 17-də keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Milli Məclisinin sədri Sahibə Qafarova 77 deputatın tələbi ilə Azərbaycan Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən, 2022-ci il iyunun 1-dən Milli Məclisinin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.

Xatırladaq ki, növbədənkənar sessiya çərçivəsində parlamentin ilk plenar iclasının iyunun 10-da keçirilməsi nəzərdə tutulurdu, lakin sonradan toplantının vaxtı dəyişdirilib.
Xəbəri paylaş