Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ötən gün axtarışda olan 76 nəfər saxlanılıb

Ötən gün axtarışda olan 76 nəfər saxlanılıb


İyunun 13-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 46-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 3-nün açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Newscenter.az DİN mətbuat xidmətinə istinadən xəbər verir ki, axtarışda olduğuna görə ümumilikdə 76, o cümlədən borclu şəxs qismində axtarışda olan 51 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 21 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.

Mehman
Xəbəri paylaş