Minifutbol üzrə Azərbaycan millisi komandası dünya çempionatına vəsiqə qazanıb.
Newscenter.az-ın məlumatına görə, bu barədə yığmanın baş məşqçisi Elşad Quliyev açıqlama verib.
Mütəxəssis ilk dəfə mundialda çıxış edəcəklərini bildirib: "Avropa çempionatında 1/4 finala çıxan komandalar dünya çempionatına vəsiqə əldə edirlər. Mundialda Avropa ölkələrinə cəmi 8 yer verilir. Onlardan biri bizik. Çox sevincliyik".
O, dünya çempionatının 2023-cü ilin yanvarında və ya avqustunda Birləşmiş Ərəb Əmirliklərində keçiriləcəyini söyləyib: "Qarşıdakı 10 gün ərzində yekun qərar veriləcək. Dünya çemionatına hazırlaşacağıq. Cənab Prezident də dedi ki, uğurlu çıxışı dayandırmaq olmaz. Bildirdi ki, Azərbaycan xalqı sizdən daha böyük qələbələr gözləyir".