Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Jalə Əhmədova: “Şuşa Bəyannaməsinin imzalanması iki qardaş ölkə arasında münasibətlərin yeni mərhələsinin əsasını qoydu”

Jalə Əhmədova: “Şuşa Bəyannaməsinin imzalanması iki qardaş ölkə arasında münasibətlərin yeni mərhələsinin əsasını qoydu”


Ötən il iyunun 15-də - xalqımız üçün böyük önəm daşıyan Milli Gurtuluş Günündə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşada imzalanmış Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu.

Əminliklə deyə bilərik ki, iki qardaş ölkə və onların xalqlarının ümumi maraqlarını qorunmasında hər iki ölkənin potensiallarının birləşdirilməsini ehtiva edən sənəd Türkiyə və Azərbaycanın gələcək inkişafına dəyərli bir töhfədir.

Bu tarixi sənəd ölkəmizin siyasi, diplomatik və iqtisadi uğuru olmaqla yanaşı, həm də orada nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər beynəlxalq nüfuzumuzu da artıracaqdır.

Şuşa Bəyannaməsi həm də bölgədə inteqrasiya proseslərini stimullaşdıran bir sənəddir. Bəyannamə Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün əlavə imkanlar yaradacaq, əraziyə yeni sərmayə qoyuluşu prosesini stimullaşdıracaq, regionun artan investisiya potensialından istifadəyə, həmçinin Şuşa və Şuşa ətrafının gözəl turizm imkanlarının genişlənməsinə kömək edəcək.
Bu Bəyannamənin icrası keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır. Belə ki, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərində də Azərbaycanla Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq sayəsində yaranan yeni iqtisadi perspektivlər, xüsusilə də Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Artıq Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi reallığa çevrilir.

Şuşa bəyannməsinin imzalanması həm də Siyasi həmrəylik nümunəsidir. Bu bəyannamə ölkəmizdə fəaliyyət göstərən 48 siyasi partiya tərəfindən birgə bəyanatla təqdir edilmiş və Azərbaycandakı bütün siyasi qüvvələr tərəfindən dəstəklənmişdir.

Strateji əhəmiyyət daşıyan bəyannamə Azərbaycan və Türkiyənin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi milli maraqlara söykənən məsələlərdə qarşılıqlı yardım sahəsində əməkdaşlığın prinsipial istiqamətidir.

Jalə Əhmədova-Milli Məclisin deputatı
Xəbəri paylaş