Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Könül Nurullayeva: “Azərbaycan beynəlxalq idman yarışllarına ev sahibliiyi etmıklə yanaşı beynəlxalq arenalarda da uğurlar qazanmaqdadır"

Könül Nurullayeva: “Azərbaycan beynəlxalq idman yarışllarına ev sahibliiyi etmıklə yanaşı  beynəlxalq arenalarda da uğurlar qazanmaqdadır"


"Azərbaycan bu gün regional məsələlərin müzakirə edildiyi, beynəlxalq tədbirlərin keçirildiyi mərkəz olmaqla yanaşı idman ölkəsi kimi də mövqelərini möhkəmləndirir. Azərbaycan beynəlxalq idman yarışlarına uğurlu ev sahibliyini davam etdirir. Bakı növbəti dəfə dünyanın ən nüfuzlu idman yarışlarından biri - Formula 1-ə ev sahibliyi etdi, Formula 1-i keçirməklə Azərbaycan ən yüksək səviyyəli turnirləri nümunəvi təşkil etməyə qadir olduğunu bir daha təsdiqlədi".

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Könül Nurullayeva səsləndirib. Millət vəkili bildirib ki, Bakı Formula 1 yarışlarına 2016-cı ildən ev sahibliyi edir:

"2016-cı ildə Formula 1 təqvimindəki ilk çıxışından etibarən, yarışın Bakı mərhələsi qısa müddətdə ən dinamik nəticələr təqdim edərək geniş tamaşaçı kütləsi və pilotların sevimlisinə çevrilib. Hər il olduğu kimi, bu il də təşkilatçılıq ən yüksək səviyyədə idi. Dünyanın nüfuzlu KİV-lərinin paytaxt Bakıdan hazırladığı reportajlardan da aydın görünürdü ki, mötəbər yarış 6-cı dəfə Bakı küçələrində öz azarkeşlərinə möhtəşəm həyəcan yaşadıb. Builki yarışlar həm də canlı tamaşaçıları ilə diqqət çəkdi. Çünki pandemiya səbəbindən ötən il Formula 1 tamaşaçısız təşkil olunmuşdu. Yarım milyarda yaxın tamaşaçı auditoriyası olan Formula 1 bu göstərici ilə tamaşaçı sayının çoxluğuna görə futboldan sonra ikincidir. Ona görə belə mötəbər avtomobil yarışının Azərbaycanda keçirilməsi olduqca vacibdir. Bu, həm də Azərbaycanın dünyaya təqdimatıdır. Ölkəmizin nüfuzunun artması və təbliğat baxımından Formula 1 önəmli idman yarışıdır. Ev sahibliyi nəticəsində Azərbaycanın həm beynəlxalq nüfuzu artır, həm də idman ölkəsi kimi mövqeləri möhkəmlənir. 2018-ci ildə baş tutmuş Azərbaycan Qran Prisini ümumilikdə 82.3 milyon televiziya tamaşaçısı izləyib. Bu göstərici 2019-cu ildə 10% artaraq 90.2 milyon nəfər təşkil edib".

Könül Nurullayeva onu da vurğulayıb ki, eyni zamanda Formula 1 turistlərin də diqqətini ölkəmizə cəlb edir. Bu il də gözlənildiyi kimi, Bakıya rekord sayda beynəlxalq tamaşaçı gəldi:

"Təkcə Formula 1 ilə bağlı azarkeşlər, həm komandaların özləri, həm də yarışın bütün işçiləri daxil olmaqla Bakıya 10 mindən çox turist səfər edib. Üstəlik, bu il böyük konsertlərin təşkil olunmamasını nəzərə alsaq, bu, kifayət qədər böyük rəqəmdir. Görünən budur ki, ölkəmizdə avtoidmana maraq yüksək səviyyədədir. Ümumiyyətlə, Azərbaycanda keçirilən birinci Formula 1 Qran-Prisindən sonra ölkəyə kütləvi turist axını başlayıb. Birinci yarış keçiriləndən sonra turistlərin sayı 24 faiz artıb. Ondan sonrakı il daha 22 faiz, sonra daha 5 faiz. Nəhayət, 2019-cu ilin on bir ayında isə 11 faiz artım qeydə alınıb".

Millət vəkili hesab edir ki, Azərbaycan beynəlxalq idman yarışllarına ev sahibliiyi etmıklə yanaşı beynəlxalq arenalarda da uğurlar qazanmaqdadır:

"Milli komandamızın Slovakiyada keçirilmiş minifutbol üzrə Avropa çempionatında qalib gəlməsi bu uğurların davamıdır. Komanda üzvlərilə görüşdə Prezident İlham Əliyevin də söylədiyi kimi, dövlət tərəfindən bütün şərait yaradılıb və idmanın inkişafı ilə bağlı heç bir maneə yoxdur. Ancaq minifutbol idman növü, nisbətən yeni idman növü olduğuna görə bu sahədəki nailiyyətləri məhz komanda özü qazanıb. Burada isə təbii ki, komanda ruhu və vətənpərvərlik hissi əsas rol oynayır. Dövlət başçımızın nitqində gənclərə və idmançılara ünvanlanan ən vacib mesajlardan biri də “əgər iradə və peşəkarlıq varsa, Vətən sevgisi varsa, hətta bəziləri üçün əlçatmaz olan nailiyyətləri əldə etmək olar” tezisi idi. Biz bütün uğurlarımıza həm də Vətən naminə, dövlətçilik və milli maraqlar naminə imza atırıq. Çünki əldə olunan bütün uğurlar nəticə etibarı ilə Azərbaycanın qazandığı beynəlxalq statusu daha da möhkəmləndirir".

Ruhiyyə
Xəbəri paylaş