Türkiyədə səfərdə olan iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməzlə görüşüb.
Newscenter.az xəbər verir ki, bu barədə SOCAR-ın İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Xidmətindən məlumat verilib.
SOCAR-ın Müşahidə Şurasının sədri ölkələrimiz arasında yüksək səviyyəli strateji əməkdaşlığı, qardaş Türkiyə ilə möhkəm dostluq əlaqələrini, iqtisadi-ticarət və enerji tərəfdaşlığını vurğulayıb, SOCAR tərəfindən Türkiyədə həyata keçirilən layihələr barədə danışıb, “Petkim Külək Enerji Stansiyası”nın Türkiyənin bərpa olunan enerji potensialının yüksəlməsinə, karbon emissiyalarının əhəmiyyətli dərəcədə azalmasına töhfəsini qeyd edib.
Sevinc