Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müstəqilliyimizin əbədiliyinin təməl günü - 15 iyun

Müstəqilliyimizin əbədiliyinin təməl günü - 15 iyun


Tariximizə qızıl həriflərlə Milli Qurtuluş Günü kimi yazılmış 15 iyun böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik, müstəqilliyimizin əbədi və dönməzliyini təşkil edən hadisələr kimi dövlətimiz var olduqca xatırlanacaq, əziz tutulacaq. bir hadisə kimi qiymətləndirmək zəruridir.
Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də xalqın təkidilə yenidən hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu. 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə Ulu öndərin ölkəmizə rəhbərilyə qayıtması Azərbaycanı iflas olmaqdan, dövlət kimi sıradan çıxmaqdan xilas etdi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və çoxşaxəli inkişafın təməlini qoydu.

Bu gün Azərbaycanda müstəqil dövlətçilik ənənələri formalaşdırılmışdır və şübhəsiz ki, bu mühüm nailiyyətin əldə edilməsində ümummilli lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyəti vardır.

Uzun illik fasilədən sonra 2020-ci ildə Azərbaycan ərazi bütövlüyü və dövlət suverenliyini təmin etdi, milli qürurumuz, mənliyimiz bərpa olundu və bu qələbələrimizin kökündə də heç şübhəsiz, 15 İyun məqamı dayanır.

Ötən il 15 iyunda, xalqımızın tarixində müstəsna əhəmiyyətli gündə Azərbaycan və Türkiyə arasında ulu öndərimizin tarixi uzaqgörənliklə qeyd etdiyi kimi, "bir millət, iki dövlət"in tarixinə qardaşlığın simvolu kimi yazılan, Azərbaycan və Türkiyənin strateji müttəfiqliyini bir daha təsdiq edən "Şuşa bəyannaməsi" imzalandı. Bu bəyannamənin imzalanması Azərbaycanı regional liderə, bölgənin hesablaşılan, aparıcı qüvvəsinə çevirməklə yanaşı, həm də çoxşaxəli inkişafımızın yeni mərhələsinin əsasını qoymuş oldu.

Anar ƏLİYEV,
tarix üzrə fəlsəfə doktoru
Xəbəri paylaş