Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident Ofisi: "Ukraynada fəlakətli dərəcədə hərbi silah çatışmır"

Prezident Ofisi: "Ukraynada fəlakətli dərəcədə hərbi silah çatışmır"


“Ukraynada fəlakətli dərəcədə hərbi silah çatışmazlığı var”.

Newscenter.az-ın məlumatına görə, “Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak tviter səhifəsində yazıb.

“Rusiya və Ukrayna artilleriyasının münasibəti müxtəlif sahələrdə 1/10-ə nisbətindədir. Cəbhə xətti 1000 km-dir. Hər gün ukraynalı müdafiəçilərdən belə məlumat alırıq: “Biz dayanmışıq, müqavimət göstəririk, sadəcə olaraq, siz deyin, silahlar nə vaxt olacaq?”, - o yazıb.

M.Podolyak Almaniyanın Ramştayn şəhərindəki ABŞ hərbi bazasında keçirilən görüşün iştirakçılarına müraciət ünvanlayaraq əlavə edib: “Brüssel, qərar gözləyirik”.

Məlumata görə, Raynştayn görüşü təmas qrupunun Ukrayna üzrə üçüncü görüşü Brüsseldə keçiriləcək.

Xatırladaq ki, aprelin sonunda Almaniyanın Raynştayn şəhərində ABŞ-ın hərbi bazasında keçirilən tədbirdə Ukraynaya hərbi yardım məqsədilə 5 milyard dollar toplanmışdı. Bu yığıncaqda ABŞ, Avropa İttifaqına üzv ölkələr, Böyük Britaniya və başqa dövlətlərin nümayəndələri iştirak etmişdilər. Tədbir iştirakçıları birmənalı olaraq, Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını pisləmişdilər.

Mayın 23-də isə ikinci görüş keçirilib.
Xəbəri paylaş