Azərbaycanın energetika naziri Pərviz Şahbazov dünyanın ən böyük üzən külək elektrik stansiyasında olub.
Newscenter.az xəbər verir ki, bu barədə nazir öz tvitter səhifəsində qeyd edib.
"Böyük Britaniyaya səfər çərçivəsində Şotlandiyanın Aberdinşir sahilindən 15 km məsafədə olan Kinkardinə - dünyanın ən böyük üzən Külək Elektrik Stansiyasına baş çəkdik. 50 MVt gücə malik bu stansiya suyun 60 metrdən 80 metrədək dərinliyində yerləşir"- deyə nazir əlavə edib.