Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə “Qurtuluşdan Zəfərə aparan yol” mövzusunda konfrans keçirilib.
Newscenter.az xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra “Qurtuluşdan Zəfərə aparan yol” mövzusunda xüsusi hazırlanmış videoçarx nümayiş etdirilib.
Konfransda Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatları Rasim Musabəyov, Sədaqət Vəliyeva, Könül Nurullayeva, Aydın Hüseynov, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, eləcə də tarixçi alimlər, Vətən müharibəsi qazisi, rayon ictimaiyyət nümayəndələri, gənclər çıxış ediblər.
Bildirilib ki, müasir Azərbaycan dövlətçiliyi tarixinin başlanğıcı sayılan Milli Qurtuluş Günü çağdaş tariximizin qızıl hərflərlə yazılmış ən şanlı səhifələrindən biridir. Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq fəaliyyətinə başladığı 15 iyun tarixində müstəqil Azərbaycan dövlətinin və xalqının həyatında tamamilə yeni bir dövrə qədəm qoyuldu.
Vurğulanıb ki, 15 iyun - Milli Qurtuluş Günündən başlayan böyük siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Çıxış edənlər 15 iyun - Milli Qurtuluş Gününün dövlətimiz üçün əhəmiyyətindən danışaraq Ulu Öndərin Azərbaycan tarixindəki əvəzsiz rolunu bir daha vurğulayıb, Ümummilli Liderin siyasi kursundan irəli gələn tarixi işlərin gənclərimiz tərəfindən mənimsənilməsi və gələcək nəsillərə ötürülməsinin vacibliyindən danışıblar.
Ruhiyyə