Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı görüşün təşkilinə hazırdır

Rusiya Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı görüşün təşkilinə hazırdır


"Rusiya ən yaxın vaxtda Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı ikitərəfli komissiyanın ikinci iclasını keçirməyə hazırdır".

Newscenter.az xəbər verir ki, "Report"un Rusiya bürosunun məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.

"Biz mayın 24-də Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı ikitərəfli komissiyanın birinci iclasının keçirilməsini alqışlamışıq. İkinci görüşün Moskvada keçirilməsi razılaşdırılıb. Biz öz tərəfimizdən bu görüşü ən yaxın vaxtda təşkil etməyə hazırıq. Azərbaycan və Ermənistandan olan tərəfdaşlarımızdan görüşün tarixi ilə bağlı təkliflər gözləyirik", - o vurğulayıb.
Xəbəri paylaş