Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şuşada Bəyannamənin birinci ildönümünə həsr olunan beynəlxalq konfrans başlayıb

Şuşada Bəyannamənin birinci ildönümünə həsr olunan beynəlxalq konfrans başlayıb


Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Şuşa Bəyannaməsinin birinci ildönümünə həsr olunan "Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir" mövzusunda konfrans keçirilir.

Newscenter.az-ın xəbərinə görə, konfransda Azərbaycan Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov, mədəniyyət naziri Anar Kərimov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri, Türkiyə nümayəndə heyətinin rəhbəri Binəli Yıldırım, Türkiyə Respublikasının kənd təsərrüfatı naziri Vahid Kirişçi, Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) Baş katibi İsmət Böyükataman, YAP İdarə Heyətinin, Təftiş Komissiyasının, Veteranlar Şurasının və Gənclər Birliyinin nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən 40-a yaxın siyasi partiyanın rəhbərləri və digərləri iştirak edirlər.

Konfransda əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib və hər iki ölkənin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra isə Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciəti oxunacaq.

Tədbir Şuşa Bəyannaməsindən irəli gələn məsələlərlə bağlı panel müzakirələri ilə davam etdiriləcək.
Xəbəri paylaş