Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan təkcə özünün və Cənubi Qafqazın deyil, ümumilikdə bəşəriyyətin problemlərinin həlli platformalarını təşkil edir

Azərbaycan təkcə özünün və Cənubi Qafqazın deyil, ümumilikdə bəşəriyyətin problemlərinin həlli platformalarını təşkil edir


"Azərbaycan artıq təkcə özünün və Cənubi Qafqazın deyil, ümumilikdə qlobal dünyanın və bəşəriyyətin problemlərinin həlli platformalarını təşkil edir".

Newscenter.az xəbər verir ki, bu fikirləri Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov mövzusunda IX Qlobal Bakı Forumu barədə danışarkən səsləndirib. O bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra regionumuzda formalaşdırdığımız reallıq və yeniliklərlə biz artıq bütün dünyaya prinsipial və qətiyyətli mövqeyimizi nümayiş etdiririk:

"Biz təkcə Ermənistana deyil, həm də ermənipərəst quvvələrə və dünyada sülhə, təhlükəsizliyə və sabitliyə təhdid yaradacaq güclərə də bu yolla ciddi mesajlar veririk. Azərbaycanın mövqeyi və bu istiqamətdə tutduğu dönməz yolla bağlı ciddi mesajları Prezident İlham Əliyevin bu gün Bakıda başlayan dünya səviyyəli qlobal forumdakı çıxışı ilə bir daha lazımi ünvanlara çatdırıldı”.

Mehman
Xəbəri paylaş