Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 15 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Newscenter.az-a verilən məlumata görə, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 792 925 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 130 nəfər müalicə olunaraq sağalıb, 9 715 nəfər vəfat edib. 80 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 714, bu günə qədər isə ümumilikdə 6 932 255 600 test icra olunub.