Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın irəli sürdüyü təşəbbüslər hər zaman beynəlxalq aləmdə dəstəklənib

Azərbaycanın irəli sürdüyü təşəbbüslər hər zaman beynəlxalq aləmdə dəstəklənib


Azərbaycan dünya miqyasında hər zaman sülhsevər təşəbbüsləri ilə fərqlənmiş, inkşafa, tərəqqiyə hesablanmış siyasəti ilə seçilmişdir. Ölkəmizin irəli sürdüyü təşəbbüslər hər zaman beynəlxalq aləmdə dəstəklənmişdir və təqdir olunmuşdur. Bütün bu təşəbbüslərə görə dəfələrlə beynəlxalq miqyasda ölkəmizə və ölkə başçımız cənab İlham Əliyevə təşəkkürlər ünvanlanmışdır.

Bunu Newscenter.az-a Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, növbəti dəfə BMT Baş Assambleyasının rəhbəri Azərbaycana və ölkə başçımız cənab Prezident İlham Əliyevə təşəkkür edib. Ölkəmizə səfəri çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Prezidenti Abdulla Şahid, Azərbaycanın “COVID-19”-la mübarizədə həyata keçirdiyi siyasəti xüsusi vurğulayaraq, təşkilata üzv dövlətlərə göstərdiyi maliyyə, humanitar və tibbi dəstəyi diqqətə çatdırdı. Eyni zamanda BMT Baş Assambleyasının rəhbəri Azərbaycanın həyata keçirdiyi dəstək və yardımları həmrəyliyin və insanların bir araya gəlməsinin ən gözəl nümunəsi adlandırdı:

“ BMT kimi dünya səviyyəli bir təşkilat rəhbərinin ölkəmizə təşəkkür etməsi Azərbaycanın gördüyü işlərə, irəli sürdüyü təşəbbüslərə verilən yüksək dəyərin göstəricisidir. Bu gün dünyada cərəyan edən qeyri sabit proseslər fonunda ölkəmiz beynəlxalq tədbirlərə ev sahibliyi edir, dünyamiqyaslı layihələr icra olunur, sülhə və tərəqqiyə hesablanmış bir sıra təşəbbüslər irəli sürülür. Əlbətdə bütün bunlar ölkə başçısı, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik və uzaqgörən siyasətin nəticəsidir.”

Ruhiyyə
Xəbəri paylaş