Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub


Bakıda ikimərtəbəli binada yanğın olub.

Newscenter.az bildirir ki, "Report"un xəbərinə görə, yanğın Xətai rayonu, İ.Orucova küçəsində ikimərtəbəli binanın ikinci mərtəbəsindəki mənzildə qeydə alınıb.

Məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin 4 avtomobil və 30 nəfərlik şəxsi heyəti çağırış üzrə cəlb olunub.

Yanan sahə 50 kvadrat taxta konstruksiyalı evi əhatə edir.

Hazırda yanğın söndürülüb, soyutma işləri aparılır.
Xəbəri paylaş