Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BMqT-nin Azərbaycan Nümayəndəliyi Beynəlxalq Pul Köçürmələri Gününü qeyd edir

BMqT-nin Azərbaycan Nümayəndəliyi Beynəlxalq Pul Köçürmələri Gününü qeyd edir


Hər ilin 16 iyun tarixində qeyd edilən Beynəlxalq Pul Köçürmələri Günü münasibətilə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi öz ailələrinə pul köçürmələri vasitəsilə fədakarcasına maddi yardım göstərən Azərbaycanda işləyən miqrantları, eləcə də xaricdə işləyən Azərbaycanlı miqrantları salamlayır.

Newscenter.az xəbər verir ki, BMT Baş Assambleyasının 2018-ci il tarixli qətnaməsi elan edilən bu gün pul köçürmələrinin bir çox insan, ələlxüsus kənd yerlərində yaşayanlar üçün mühüm gəlir mənbəyi, habelə ölkələrin sosial-iqtisadi inkişafı və yüksəlişi üçün bir vasitə olmasını vurğulamaq üçün bir imkandır. “Pul köçürmələrinin iqtisadi faydaları ilə yanaşı miqrantlar, həmçinin “sosial və mədəni köçürmələr edirlər,” yəni öz mənşə ölkələrində yaşayan soydaşlarına bilik, təcrübə, bacarıq, ideya və mədəni dəyərləri ötürürlər və bu, daha geniş kütlənin inkişafı üçün güclü təsir göstərir, ” deyə BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev bildirib.

BMqT-nin Baş Direktoru Antonio Vitorinonun Beynəlxalq #ailə pul köçürmələri gününə həsr olunmuş çıxışından: "Əsas ehtiyac əmtəələrinin ödənilməsi və insan kapitalının inkişafının maliyyələşdirilməsi pul köçürmələrinin bəlkə də ən vacib funksiyası olsa da, araşdırmalar həmçinin yerli investisiya və inkişaf üçün 190 milyard dollara qədər vəsaitin istifadə oluna biləcəyini göstərir."

BMqT-nin Azərbaycan nümayəndəliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti də pul köçürmələri üzrə müvafiq Davamlı İnkişaf Məqsədlərinə (Layiqli Əmək və İqtisadi İnkişaf barədə 8-ci DİM) çatmaq üçün BMT və Azərbaycan arasında imzalanmış Əməkdaşlığa dair Çərçivə sənədinin “Həssaslığı azaldan və dayanıqlığı təmin edən inklüziv artım haqqında” 1 saylı prioritet sahəsinə tam uyğun olaraq icra edilən “Azərbaycanda pul köçürmələrinin sosial-iqtisadi təsirlərinin gücləndirilməsi” layihəsi ilə töhfə verir.

Fürsətdən istifadə edərək BMqT Azərbaycan hökumətin, bankların, özəl sektorun və tərəfdaş beynəlxalq təşkilatların rəqəmsallaşdırma və maliyyə inklüzivliyi üzrə fəaliyyətlərini alqışlayır, eləcə də rəqəmsal pul köçürmələrinin inkişafının və pul köçürmələrinin təhlükəsiz və sərfəli şəkildə həyata keçirilməsi ilə əlaqədar miqrantlara köməklik göstərilməsinin davam etdirilməsi istiqamətində səyləri əsirgəməməsini xahiş edir.

Sevinc
Xəbəri paylaş