Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kiyev Dehliyə də ümid edir

Kiyev Dehliyə də ümid edir


Ukraynada ağır döyüşlər davam edir, hər iki tərəf itki verir. Buna baxmayaraq, rəsmi Kiyev gələcəkdə Ukraynanın təhlükəsizliyinə təminat verə biləcək dövlətlər barədə də düşünür, təklfilər irəli sürür.

Dehlidə nəşr olunan “The Hindu” dərgisinin yazdığına görə, Ukrayna rəsmiləri təminatçı dövlətlər arasında Hindistanın da adını çəkiblər. Rusiyanın Hindistanla yaxşı əlaqələri olduğu nəzərə alınaraq Kremlin Kiyevin təklifinə qarşı çıxmayacağı ehtimal edilir.

Kiyev Hindistanla yanaşı təminatçı dövlətlər arasında Böyük Britaniya, Polşa və Türkiyəni görmək istəyir. Rusiya birinci ikisini çıxmaqla Türkiyənin təminatçı olması əleyhinə çıxmayacaq. Kiyevin Hindistanı təklif etməsi bu ölkənin dünyada və bölgədə oynadığı rolla əlaqəlidir. Dehlinin hən Moskva, həm də Kiyevlı yaxşı münasibətləri var. Başqa sözlə Hindistan siyasi baxımdan Rusiya və Ukraynaya eyni məsafədədir. Digər tərəfdən Hindistanın Çinlə gərgin münasibətləri fonunda ABŞ-la strateji əlaqələrini genişləndirməsi də Ukrayna üçün faydalıdır. Ukrayna Hindistanın maliyyə və humanitar yardımına da ehtiyac duyur. Dehli və Hindistanın özəl şirkətləri bugünə qədər Ukraynaya 230 ton humanitar yardım göndəriblər.

Ukrayna təminatçı dövlətlər axtararkən Rusiyanın bu ölkəyə qarşı işğalçı müharibəsinin nə zaman bitəcəyi sual altındadır. Kreml Ukraynanın şərqini tam işğal etmədən müharibəni bitirmək istəmir. Ukrayna isə şərqinin işğalıyla barışmadığından müharibənin uzun müddət davam edəcəyini proqnozlaşdırmaq olar.

“Atlas” Araşdırmalar Mərkəzi
Xəbəri paylaş