Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyadan gələn nəqliyyat vasitəsində dərman preparatları aşkarlanıb

Rusiyadan gələn nəqliyyat vasitəsində dərman preparatları aşkarlanıb


Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Volvo” markalı yük nəqliyyat vasitəsi saxlanılıb.

Newscenter.az DGK-ya istinadən xəbər verir ki, yoxlama zamanı avtomobilin kabinasında, yataq yerinin altındakı soyuducunun içərisində və əşyalar qoymaq üçün nəzərdə tutulan yerlərdə gömrük nəzarətinə bəyan edilməyən 300 ampul “Natriya Tiosulfat 10 ml” adlı dərman preparatı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Sevinc
Xəbəri paylaş