Bakıda keçirilən “Anadoludan Qarabağa” Türkiyə-Azərbaycan Media Forumunun iştirakçıları QHT Agentliyində olublar.
Newscenter.az xəbər verir ki, görüşü giriş nitqi ilə açan icraçı direktor Aygün Əliyeva Agentliyin fəaliyyəti və gələcək hədəfləri barədə qonaqlara məlumat verib. A.Əliyeva bildirib ki, bu gün dünyaya nümunə olan Azərbaycan-Türkiyə dostluq-qardaşlığı bütün istiqamətlərdə əməkdaşlıqda özünü təsdiq edir. Uğurlu əməkdaşlığa imza atan Azərbaycan və Türkiyənin mətbuat sahəsində də birgə fəaliyyəti önəmli rol oynayır. Həm də, Türkiyə və Azərbaycanın öndə gələn media qurumları arasında əlaqələrin inkişafı ölkələrimizdə baş verən proseslərə daha operativ reaksiya vermək, cəmiyyətimizi dolğun məlumatlandırmaq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, beynəlxalq münasibətlərdə və ikitərəfli münasibətlərdə medianın rolu olduqca vacibdir, çünki, media ictimai rəyə birbaşa təsir edən, onu formalaşdıran və istiqamətləndirən rola sahibdir.
Daha sonra Anadolu Yayınçılar Dərnəyi Başkanı, nümayəndə heyətinin rəhbəri Sinan Burhan səmimi qəbula görə Agentliyə təşəkkür edib və bildirib ki, bütün sahələrdə olduğu kimi media sahəsində də birgə uğurlara imza atılacaq. Çünki, Türkiyə və Azərbaycan əlaqələrinin dünyada analoqu olmayan müttəfiqlik səviyyəsinə yüksəlməsi tarixi təməllərə söykənir. Hər iki ölkənin media nümunəsinin vacibliyini vurğulayan S.Burhan bundan sonra da bu əlaqələrin genişlənəcəyini bildiririb.
Çıxış edən "Yeni Çağ" Media Qrupunun sədri Aqil Ələsgər forumun iştirakçılarını səmimi qəbulu üçün Agentliyə təşəkkürünü bildirib və ölkəmizdə keçirilən forumun əhəmiyyəti haqqında danışıb.
Çıxışlardan sonra görüş qarşılıqlı müzakirələr əsasında davam edibdir.
Görüşün yekunu olaraq hər iki tərəf xatirə hədiyyələrini təqdim ediblər.
Sevinc