Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistandakı mövcud ağır vəziyyətdən çıxış yolu Azərbaycanla sülh müqaviləsi imzalamaqdan keçir

Ermənistandakı mövcud ağır vəziyyətdən çıxış yolu Azərbaycanla sülh müqaviləsi imzalamaqdan keçir


Ölkə başçısı, cənab prezident İlham Əliyev Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı bir daha Azərbaycanın mövqeyini və qətiyyətini ortaya qoydu. Çıxış zamanı bir sıra əsas məsələlərə toxunan Azərbaycan prezidenti, qarşı tərəfin üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyini diqqətə çatdıraraq Ermənistana növbəti dəfə xəbərdarlıq etdi. 50 ölkədən nümayəndə və yüksək səviyyəli nümayəndənin iştirak etdiyi Qlobal Bakı Forumunun açılış mərasimində cənab Prezident İlham Əliyev Azərbaycanın humanist və regionda sülhə və əməkdaşlığa hesablanmış təkliflərinə rəsmi İrəvanın cavab vermədiyini xüsusi vurğuladı. Və Ermənistanın sülhə qarşı addımlarının onlar üçün çox ağır nəticələrə gətirib çıxaracağını qeyd etdi.

Bu gün Ermənistanda hər bir sahədə böhran, xaos hökm sürməkdədir. Yaxşı olardı ki, Ermənistan hakimiyyəti və revanşist qüvvələr Azərbaycanın onlara verdiyi növbəti tarixi şansı dəyərləndirsin və sülh və əməkdaşlıq təkliflərinə cavab versin. Əks halda Ermənistandakı mövcud böhran daha da dərinləşəcək və bu da Ermənistan dövlətçiliyinin sonu ilə nəticələnəcək. Ermənistan hakimiyyəti və revanşist qüvvələr birmənalı şəkildə anlamalıdır ki, Ermənistandakı mövcud ağır vəziyyətdən çıxış yolu və ölkənin gələcək inkşafı yalnız və yalnız Azərbaycanla sülh müqaviləsi imzalamaqdan keçir.

Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edən Ali Baş Komandanımız, cənab Prezident İlham Əliyev Azərbaycanın sülhə, sabitliyə və tərəqqiyə hesablanmış haqlı, qəti və dəyişməz mövqeyini dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Dünya ictimaiyyəti bir daha “Dəmir Yumruğ”-un qətiyyətinə və prinsipiallığına şahidlik etdi.

Sədaqət Vəliyeva-Milli Məclisin deputatı
Xəbəri paylaş