Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nazir Rəşad Nəbiyev Yevlaxda gənclərlə görüşüb

Nazir Rəşad Nəbiyev Yevlaxda gənclərlə görüşüb


Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev vətəndaş qəbulu ilə əlaqədar növbəti səfəri çərçivəsində Yevlax şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Yevlax, Bərdə, Tərtər, Goranboy rayonları və Mingəçevir şəhərində yaşayan, innovasiyalara maraq göstərən gənclərlə görüşüb.

Newscenter.az-a nazirlikdən bildirilib ki, görüş zamanı ölkəmizdə İKT sektorunun inkişafı istiqamətləri müzakirə edilib.

Rəşad Nəbiyev gənclərin düşüncələri ilə tanış olub, innovasiya prosesləri barədə fikir mübadiləsi aparılıb.

Sevinc
Xəbəri paylaş