Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edir

Azərbaycan beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edir


Azərbaycan siyasi, iqtisadi, humanitar və mədəni cəhətdən nəinki regional, hətta qlobal dialoq məkanına çevrilib. Ölkəmizdə beynəlxalq idman yarışları, mədəniyyət tədbirləri, konfranslar ən yüksək səviyyədə təşkil olunur və həyata keçirilir. Dövlətimizin beynəlxalq nüfuzu, ölkəmizdəki siyasi mühit, sabitlik və təhlükəsiz şərait belə tədbirlərin keçirilməsi üçün başlıca amillərdəndir.

Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun keçirilməsi də aktual məsələlərin müzakirəsi baxımından çox əhəmiyyətlidir. Qlobal Bakı Forumu əhəmiyyətinə görə digərlərindən fərqlənir. IX Qlobal Bakı Forumunu əhəmiyyətli edən onun proqram və mövzusunun aktuallığıdır.

“Qlobal dünya nizamına təhdidlər” mövzusuna həsr olunan IX Qlobal Bakı Forumunda 50-dən çox ölkədən 400-dək nümayəndə, o cümlədən dövlət və hökumət nümayəndələri, sabiq dövlət və hökumət başçıları, gənc liderlər iştirak edirlər. Forumda qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan təhdidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılmışdır.

Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, “Kommunikasiyaların açılması ilə bağlı Ermənistan 2020-ci il 10 noyabr tarixli imzalanmış Üçtərəfli Bəyanata əməl etməlidir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə əlaqəsi olmalıdır. Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından bəri bir il yarımdan çox vaxt keçib, lakin indiyədək heç bir çıxış təmin olunmayıb. Bu, Ermənistan tərəfindən Üçtərəfli Bəyanatın müddəalarının pozulmasıdır və bu, regionda bir disbalans yaradır. Zəngəzur dəhlizinin açılması məsələsinin ən qısa zamanda həlli gələcək regional sülhün fundamental elementlərindəndir. Əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistanla birgə yaşayış və normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri uğursuz olacaq. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sual altına qoyacaqsa, Azərbaycan üçün Ermənistanın ərazi bütövlüyünü sual altına qoymaqdan başqa çıxış yolu olmayacaq. Tarixi nöqteyi-nəzərdən Azərbaycanın bunu etməyə hüququ var”.

IX Qlobal Bakı Forumunun açılış mərasimində etdiyi çıxışında Prezident İlham Əliyev bir daha bəyan etdi ki, “ sülh müqaviləsini şərtləndirən əsas müddəalardan biri də ölkələrin bir-birinin sərhədlərinə qarşılıqlı hörmət sərgiləməkdir. Azərbaycan hər bir işdə olduğu kimi, bu məsələdə də xoş məramını nümayiş etdirərək, sərhədlərin delimitasiyası ilə bağlı müvafiq komissiya yaradıb. Lakin nəyi gözlədiyi məlum olmayan Ermənistan hələ ki, bu istiqamətdə də müvafiq addım atmayıb. Halbuki Azərbaycanın irəli sürdüyü təkliflər Ermənistanın da maraqlarına tam cavab verir. Azərbaycanla münasibətləri normallaşdırmaq bu ölkəyə iqtisadiyyatını dirçəltmək üçün indiyədək heç zaman malik olmadığı fürsətə sahib olmaq şansı verə bilər”.

Samirə Zeynalova -YAP Tərtər Rayon Təşkilatının fəalı
Xəbəri paylaş