Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 26 yeni yoluxma faktı qeydə alınıb, 6 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Newscenter.az-a verilən məlumata görə, bir nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 792 985 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 151 nəfər müalicə olunaraq sağalıb, 9 716 nəfər vəfat edib. 118 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 189, bu günə qədər isə ümumilikdə 6 936 343 test icra olunub.