İyunun 17-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 16-nın açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Newscenter.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, axtarışda olduğuna görə ümumilikdə 50, o cümlədən borclu şəxs qismində axtarışda olan 32 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
Narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.
Mehman