"Həm iqtidar, həm də müxalifət birlikdə hərəkət edərək Azərbaycan dövlətinin, xalqının daha da irəli getməsi, onun güzaranının bir qədər də yaxşılaşdırılması istiqamətində addımlar atmalıdır. Bir-birimizi yersiz olaraq tənqid etmək, şər-böhtan atmaqdan kənar olmaq lazımdır".
Newscenter.az xəbər verir ki, bu fikirləri kanal24.az-a müsahibəsində sabiq millət vəkili Cahangir Hüseynov səsləndirib. Cahangir Hüseynov müsahibəsində ölkədəki məmur özbaşınalığı, korrupsiya və rüşvətxorluq hallarından da danışıb. O bildirib ki, günümüzdə ölkədə irili-xırdalı bütün məmurlar korrupsiya içərisindədir:
"Hesab edirəm ki, ölkədə korrupsiyaya qarşı kampaniya aparılmalı və hamı buna yox deməlidir".