Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cari ilin 5 ayında ölkədə elektrik enerjisi istehsalı artıb

Cari ilin 5 ayında ölkədə elektrik enerjisi istehsalı artıb


Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, 2022-ci ilin may ayında Azərbaycanda ümumi elektrik enerjisinin istehsalı 2004,0 mln. kVt·st təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın 23,9 mln. kVt·st, yaxud 1,2 % artması deməkdir.

Newscenter.az-a Eenergetika Nazirliyindən verilən xəbərə görə, may ayında elektrik enerjisinin idxalı 19,8 mln. kVt·st olmaqla 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,5 mln. kVt·st azalıb, ixrac isə 19,9 mln. kVt·st olmaqla ötən ilin müvafiq dövrünə nisbətən 4,0 mln. kVt·st artıb.

Ümumilikdə 2022-ci ilin yanvar-may aylarında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 316,2 mln.kVt·st, yəni 2,9 % artaraq 11 244,2 mln. kVt·st olub.

Hesabat dövründə ötən ilin 5 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 198,2 mln. kVt·st artaraq 10 313,3 mln. kVt·st, SES-lərdə 109,6 mln. kVt·st artaraq 768,7 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 8,4 mln. kVt·st artaraq 162,2 mln. kVt·st olub. Külək elektrik stansiyalarında 41,1 mln. kVt·st, günəş elektrik stansiyalarında 24,4 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTZ) isə 96,7 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

5 ayda elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 10 116,6 mln. kVts (İES-lərdə 9400,4 mln. kVt·st, SES-lərdə 716,2 mln.kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 162,8 mln. kV·ts (İES-lərdə 94,2 mln. kVt·st, SES-lərdə 46,1 mln. kVt·st, GES-də 22,5 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 27,2 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə 937,6 mln. kVt·st təşkil edib.
2022-ci ilin yanvar-may ayları üzrə elektrik enerjisinin ixracı 538,4 mln. kVt·st, idxalı isə 60,5 mln. kVt·st olub.

Sevinc
Xəbəri paylaş