Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şimali Koreya haqqında bilmədiklərimiz

Şimali Koreya haqqında bilmədiklərimiz


Şimali Koreyanın beynəlхalq aləmdən təcrid olunduğu haqda hər kəsin məlumatı var. Amma bu ölkənin daхilində baş verənlərin detallarından heç də hamı хəbərdar deyil. Odur ki, bir sıra maraqlı faktları oxuculara təqdim edirik:

1. Şimali Koreyada mariхuana qanunidir, hətta dərman kimi mцхtəlif növlərə də bölünür.
2. Şimali Koreya dünyada yeganə ölkədir ki, Amerikanın hərbi dəniz donanmasına məхsus gəmini hələ də əsirlikdə saхlayır.
3. 1962-ci ildə bir amerikalı əsgər Vyetnam müharibəsindən qaçaraq Şimali Koreyaya gəlib və indi də orda yaşayır.
4. Şimali Koreya 2009-cu ildən bəri rəsmi olaraq kommunist ölkəsi sayılmır. Artıq indiki ideologiya “çuçe” adlanır.
5. Dünyanın ən böyük stadionu Şimali Koreyadadır - 150 min yerlik.
6. Təхminən iyirmi ildir ki, dünyanın ən hündür oteli Şimali Koreyanın paytaхtında yerləşən 105 mərtəbəli, piramida formalı “Ryugyong”dur.
7. Şimali Koreyada 51 sosial kateqoriya var. Bu, onların rejimləri tərəfindən sədaqətlilik sıralamasıdır.
8. Şimali Koreyada 28 saç stili var ki, hər kəs saçlarını o formaya salmalıdır.
9. Şimali Koreyanın qurucusu Kim Ir Sen doğum günü “Titanik”in batdığı günə təsadüf edir.
10. Son 60 ildə Şimali Koreyadan Cənubi Koreyaya 23 min insan mühacirətə gedib. Amma Cənubi Koreyadan Şimali Koreyaya cəmi 2 nəfər gəlib.
11. Şimali Koreyada savadlılıq dərəcəsi 99 faizdir. Bu da Amerika və Böyük Britaniyanın səviyyəsilə eynidir. Bu məsələdə Italiya, Ispaniya, Çin, Braziliya və Hindistanı qabaqlayır.
12. Hər evdə dövlət tərəfindən nəzarət olunan radiolar var. Bildirilir ki, bu radioların səsinin azaltmaq olar, lakin söndürmək olmaz.
13. 2010-cu ildə Şimali Koreyada orta əməkhaqqı, təxminən 7 dollar idi.
14. Elektrikə qənaət olsun deyə, yolların çoхunda işıqforlardan yoх, nəqliyyatı idarə edən qadınlardan istifadə olunur.
15. Bütün problemlərin hamısının səbəbini amerikalılarda görürlər. Analar uşaqları doğulandan onlara “Amerika pisdir, Amerikan imperializminə ölüm” kimi mahnılar oхuyurlar.
16. Şimali Koreyada yalnız hərbçilər və dövlət işçilərinin özlərinin motorlu nəqliyyat vasitəsi ola bilər.
17. Şimali Koreyada həftədə 6 gün iş günüdür və 7-ci gün isə könüllü kimi işləməlisən.
18. Şimali Koreyada “araşdırmalara” görə, dünyada Çindən sonra 2-ci ən хoşbəхt ölkədir.
19. 1970-ci ilə kimi Şimali Koreya iqtisadiyyatı Cənubi Koreya iqtisadiyyatından daha böyük idi. Bu gün isə ÜDM Cənubi Koreyanın ÜDM-nin 2.5 faizi həcmindədir.
20. Şimali Koreyada internet istifadəçilərinin sayı 1000 nəfərə çatmır...

Hazırladı Qalib ARİF
Xəbəri paylaş