Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Lahor qədim Qala şəhəri Administrasiyasının rəhbəri Azərbaycana gəlir

Lahor qədim Qala şəhəri Administrasiyasının rəhbəri Azərbaycana gəlir


18-22 iyun 2022-ci il tarixlərində Pakistan Respublikasının Lahor qədim Qala şəhəri Administrasiyasının rəhbəri Kamran Laşarinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olacaq.

Newscenter.az “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə istinadən xəbər verir ki, səfər 24 noyabr 2021-ci il tarixində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə Lahor qədim Qala şəhəri Administrasiyası arasında imzalanmış “Dostluq və əməkdaşlıq Protokolu” çərçivəsində, eləcə də Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında diplomatik əlaqələrin 30-cu ildönümü münasibəti ilə baş tutacaq.

Səfər zamanı “İçərişəhər” DTMQ İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadənin Lahor qədim Qala şəhər Administrasiyasının rəhbəri Kamran Laşari ilə görüşü nəzərdə tutulub. Görüşdə "İçərişəhər” DTMQ İdarəsi və Lahor qədim Qala şəhəri Administrasiyası arasında əməkdaşlığın genişləndirilməsi və inkişafı imkanları müzakirə ediləcək.

Səfər çərçivəsində “Ümumdünya irsinin konservasiyası: İçərişəhər və Lahor qala şəhəri” adlı beynəlxalq seminar keçiriləcək, həmçinin nümayəndə heyətinin üzvləri Bakı və Abşeronun tarixi abidələri ilə tanış olacaqlar.

Mehman
Xəbəri paylaş