Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nərminin 45 gün iztirablı həyatı

Nərminin 45 gün iztirablı həyatı


Birinci yazı 18.05.2020-ci il tarixdə

"Nərminin qatili kim ola bilər?" ötən araşdırma yazımızda azyaşlı Nərmin Quliyevanın qatilinin ümumi portretinin konturlarını açıb, göstərdik, nəzəri tərəfdən, kimə uyğun gələr, ya gəlməz.

Keçirilmiş çoxsaylı ekspertizaları analiz edərək bu dəfə Nərminin oğurlanmasından meyitinin aşkar edilməsi, yəni, 21 noyabr 2019 tarixdən 06 yanvar 2020 tarixədək olan dövrdə 46 gün müddətində keçirtdiyi əzablı həyatı təhlil edək. Yenə təsəvvür edərək ki, qatil hələ, tapılmayıb.
11 yaşlı Nərmin, ya aldadılaraq, öz xoşu ilə, ya da zor tətbiq edilməklə oğurlanıb qapalı yerdə saxlanılıb. Bunu onun qəflətən yoxa çıxması və 45 gün gizlin, pis şəraitdə saxlanması göstərir.

Nərmin uzun müddət, yəni halsızlaşıb, huşsuz komatoz vəziyyətinə düşənədək ağzı (yəqin ki, dəsmal ilə, qışqıraraq səs salmasın deyə) bağlı halda nəfəs hava, oksigen çatışmazlığı halında və həm də ki, uzun müddət hərəkətsiz, yatağa bağlı vəziyyətdə saxlanılıb. Bunu meyitin təşrih müayinəsi zamanı ağ ciyərlərində aşkar edilən atelektaz (ağ ciyər alveolalarının quru, sıradan çıxması), həm, pnevmaniya əlamətləri göstərir.
Nərmin uzun müddət soyuq şəraitdə, ən əvvəl az qidalı, sonradansa tam qidasız saxlanmışdır. Bunu meyitin müayinəsi zamanı, ağ ciyərlərdə ocaqlı pnevmaniya, ürək əzələlərinin iltihabı və qara ciyər və miokardda çox zəif lipofussionoz və nutritivsizliyin əlamətlərinin olması və mədə bağırsaqlar, sidik kisəsinin boş olması göstərir.

Nərminin daxili üzvləri, daxili müayinə zamanı uşaq yaşına uyğun, tam yetişməmiş kiçikdir və anatomik parametrlər üzrə də düzgün yerləşir, zədəsizdir və hamısı yerində olmaqla. Bunlarsa onu tam, göstərir ki, "Orqan mafiyası"nın uşağı oğurlayaraq, onun orqanlarını kəsib götürməsi yanlış şaiyədir. Ümumiyyətlə, orqan götürülmə və köçürülmə xüsusi bir əməliyyatdır öz klinika və çıxarılmış orqanı saxlama şəraitini tələb edir kənd deyil, ən azı şəhər mühitində. Bunu edən imkanlı mafiya gətirib, uşağı geriyə kəndə atıb yandırmaz. Digər tərəfdən də, uşaqlarda daxili orqanlar yeni fəaliyyətə başladığı üçün sıradan çıxması və yəni ki, uşaq orqanına ehtiyac nadir halda olur. Köçürülən orqansa yaşa uyğun düz gəlməlidir, böyüklərdən fərqli. Versiya yanlışdır.

Nərminin meyitinin müayinəsi, daxili cinsiyyət üzvlərinin kiçik yaşa uyğun olaraq, tam inkişaf etməməsini, uşaqlığın boş olmasını, məhkəmə -bioloji laborator müayinədə, cinsi əlaqə kimi əlamətlərin olmamasını müəyyən edib. Bu isə, Nərminin "hamilə olması" versiyasını inkar edir.
Nərminin başında: təpə, ənsə, gicgah və alına keçən nahiyyələrdə, başın dərisində kənarları qeyri-düz və əzik olan, 4-5 ədəd yaralar olub. Bu yaralar kənarı til ola bilən massiv küt alətlə törədilib, daş, ya ağac tərkibli alət, ya baltanın küpü, "kuvalda" və s. Zərbələr kəllə sümükləri və baş beyin toxumalarını, orada həyati vacib sinir sistemi mərkəzlərini zədələyib və beynin mədəciklərinə qansızma törədərək uşağın da ölümünü qaçılmaz edib. İddia edilən kəsici və deşici yaralar olmaylb, olsa yaraların kənarları düz xətti olmalı idi. Və həm də, deçici yaralar "otvyorka", qayçı ilə, kəsici-deçici yara bıçaqla yetirilir, bu alətlərlə isə kəllə sümüklərini keçib daxili massiv əzintilər, zədələr törədilə bilməz.
Nərminin meyitindəki yanıqlar əsasən, aşağı ətrafı və gövdənin aşağı hissəsini əhatə edib. Bu da onu göstərir ki, qatil tezalışan yanacağı əsasən cəsədin aşağı hissəsinə töküb, oradan da alışdırıb və yanma aşağıdan-yuxarı doğru gedib. Və meyitin nəfəs yollarında bronxlarda his, yanıq hissəcikləri tapılmayıb, müayinədə. Bu da onu göstərir ki, yanma zamanı Nərmin nəfəs almayıb, hisi içəri çəkməyib. Yəni, artıq ölmüş imiş. Və ekspertlərin ümumi müayinəsi göstərir ki, Nərmin meyit aşkar olunandan 1, ya 2 gün əvvəl, qətlə yetirilib, sonra yandırılıb.
Oğurlanaraq, 45 gün əzablı şəraitdə saxlanılıb öldürülüb yandırılan meyit Nərmin Quliyevaya məxsusdur. Bunu təyin edilmiş məhkəmə tibbi genetik ekspertizanın 28 fevral 2020.ci il tarixli rəyindən müəyyən etmək olur. Testə uğradılan meyit (NN) ilə İsmayılova Aynurə Rahib qızı və (MN) həm, Quliyev Şərif Qəşəm oğlunun (NF) arasında, bütün STR lokuslarda uyğunluq yəni arada qohumluq, övlad-valideyn əlaqələri var.

Əldə etdiyim, məhkəmədə açıqlanmış istintaq materiallarından bu, bəzilərinə əsasən, hələlik hansı nəticələrə gəlmək olar? Nərmin Quliyeva:

▪️Aldadılaraq oğurlanıb, uzaq olmayan yerdə qapalı mühitdə uşağa zor tətbiqi ilə saxlanılıb.
▪️Uzun müddət ağzı bağlı, nəfəs çatışmayan, hərəkətsiz və yatağa bağlı bir halda saxlanılıb.
▪️Uzun müddət soyuq şəraitdə, qismən üstü örtülərək az qidalı, sonradan qidasız saxlanılıb, yəni son 15 gün artıq qida qəbul edə bilməyib.
▪️Daxili orqanları azyaşlıya uyğun ölçülü, tam yerində və düzgün yerləşib, solğun, zədəsizdir. Orqan çıxarıllb satılma iddiası əsassıs görünür.
▪️Daxili cinsiyyət üzvləri azyaşlılara uyğundur, uşaqlıq boşdur, hamiləlik keçirməsi əsassısdır.
▪️Başında bir-neçə küt alət (daş, ağac, balta küpü və ya dəsmala bükülmüş dəmirin) yarası var, hansı ki, kəllə sümüklərini sındırıb, beyinin toxumalarını əzib, beyindaxili güclü qansızma verərək ölüm yaradıb. Kəsici-deçici yara deyil. Ölüm, meyit tapılandan 2 gün əvvəl baş verib.
▪️Yanması ölümdən sonra, nəfəssiz baş verib, bədənin aşağı hissəsindən başlayıb, yandırılıb. Ola bilsin ki, bununla manyak-qatil qızın xarici cinsiyyət orqanları nahiyyəsi ətrafında törətdiyi mexaniki nişanə xəsarətlərin itirilməsinə çalışıb.
▪️Meyitin mənsub olduğu Nərmindir. Quliyev Şərifin və İsmayılova Aynurənin övladıdır. Bunu məhkəmə tibbi-genetik ekspertiza təsdiq edib.
Bu cinayətin ən dəhşətli, amansız tərəfi, körpə qız uşağının soyuq, nəfəssiz, qidasız, natəmiz, hərəkətsiz, qorxu-ruhlu şəraitdə həyatının son çöküş halı, ölüm ayağınadək 45 gün saxlanılıb, ona əzab verilməsidir, nəinki qətli, yandırılması. Qatil onu ilk gün öldürsə, bu zülmü yaşamazdı. Və 11 yaşlı qız uşağı üzərində bu müdhiş faciə, iztirabı törədən kimdirsə, çox amansız, qəddar insani hisslərsiz, aqressiv manyak, psixopatdır. Və ola bilməz ki, bu şəxs yaşadığı bu illərdə öz ifrat, psixoloji aqressivliyini bəzi hallar, anlarda göstərməsin, yaxın qohum-ətrafı da görməsin, bu faciəni törətməyə qadir olduğunu bilməsin.

Nərmin faciəsi barədə ixtisaslı fikirlərim hələlik bu qədər. Gedişata baxlb, əlavə fikir bildirərəm.

P. S.
Qeyd edim ki, ixtisasca həm də ekspert olaraq, vaxtilə ekspertiza rəylərini yoxlama imkan olan şəxs kimi, bu ekspertiza rəylərinin obyektiv və qanun ilə verildiyi qənaətindəyəm. Ən azı ona görə ki, ekspertiza rəylərində elə məqamlar var ki, istintaqın mövqeyini təmin etmir və ittiham tərəfinə uyğunsuz, qane etməyən hallar vardır.

Bunlar keçirilmiş ekspertizaların yalnız Nərminin sağlığı, orqanizmi, həyatına və taleyinə aid olan faktları əhatə edən hissəsidir. Cinayətdə konkret təqsirli bilinən şəxs ilə bağlı, əlaqəli xeyli ekspertizalar isə ayrıdır. Onlara isə toxunmadım hələlik, məhkəmə getdiyinə görə.

Bir daha qeyd edirəm ki, mən əldə olunan fakt sənədlərə (məhkəmədə açıqlanan) əsasən, öz ixtisaslı qənaətimi bildirirəm. Və kənardan kimi isə günahlandırıb, ittiham etməyim, yanlış olar. Istintaqın, faktların içində olsaydım, bunu açıq deyərdim, istiyir kim olur-olsun, fərq etmədən!

İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri
Xəbəri paylaş