Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistanın Ticarət və Sənaye Palatasının sədri ilə ASK-də görüş keçirildi

Özbəkistanın Ticarət və Sənaye Palatasının sədri ilə ASK-də görüş keçirildi


Özbəkistanın Ticarət və Sənaye Palatasının sədri Davron Abdudjaloloviç Vaxabov Azərbaycanda səfərdədir. Səfər çərçivəsində o, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) qonağı olub.

Newscenter.az-a ASK-dən bildirilib ki, artıq iki aydır Özbəkistanın Ticarət və Sənaye Palatasına sədrlik edən Davron Vaxabov ölkəmizdə keçirəcəyi görüşlər barədə məlumat verib. Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov təşkilatın xarici və daxili şəbəkəsi, əsas funksiyaları barədə qonağa təqdimat edib.

Konfederasiyanın Azərbaycan hökuməti ilə bağladığı Baş Kollektiv Saziş əsasında üzərinə götürdüyü öhdəliklər haqqında danışıb.

Davron Vaxabov ölkələrimiz arasında biznes əlaqələrinin gücləndirilməsi və qarşılıqlı maraq doğuran sahələr üzrə birgə müəssisələrin yaradılması perspektivlərinə toxunub. Görüşdə xüsusən də Özbəkistanda narçılığın inkişafı ilə bağlı Azərbaycan təvcrübəsinə böyük maraq nümayiş olunub.
Xəbəri paylaş