Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 25 yeni yoluxma faktı qeydə alınıb, 13 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Newscenter.az-a verilən məlumata görə, son sutkada xəstəlikdən ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 793 010 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 164 nəfər müalicə olunaraq sağalıb, 9 716 nəfər vəfat edib. 130 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 312, bu günə qədər isə ümumilikdə 6 938 655 test icra olunub.