Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Beynəlxalq Türk Akademiyasının prezidenti Azərbaycan Prezidentinin köməkçisi ilə görüşüb-FOTOLAR

Beynəlxalq Türk Akademiyasının prezidenti Azərbaycan Prezidentinin köməkçisi ilə görüşüb-FOTOLAR


Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali Azərbaycana səfəri çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

Newscenter.az Beynəlxalq Türk Akademiyasına istinadən xəbər verir ki, görüşdə Akademiya rəhbəri təşkilatın fəaliyyəti barədə ətraflı məlumat verib və dəstəyə görə Azərbaycan tərfinə minnətdarlığını çatdırıb.

H.Hacıyev Akademiyanın həyata keçirdiyi layihələri, gördüyü işləri yüksək qiymətləndirib, Azərbaycan dövlətinin yüksək dəstəyini davam etdirəcəyini bildirib.

Görüşdə maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Mehman
Xəbəri paylaş