Keçən il noyabrın sonunda Maliyyə Nazirliyindən verilən məlumata görə Müdafiə Nazirliyi tərəfindən əvvəl təqdim olunmuş siyahı əsasında mənzil növbəsinə qəbul olunan 2387 hərbi qulluqçudan artıq 2093 nəfər Bakı, Gəncə şəhərlərində, Abşeron rayonunda və Naxçıvan Muxtar Respublikasında tam təmirli mənzillərlə təmin olunmuşdu. 294 nəfər növbədə idi.
Növbəti siyahı ilə 2137 nəfər hərbi qulluqçu mənzil növbəsinə qəbul olunmuşdu, Sonradan 131, daha sonra isə 480 nəfərə ev təqdim olunması barədə məlumatlar verildi. Bu məsələdə tam şəffaflığı təmin etmək üçün siyahıları dərc etmək daha məqsədəuyğun olardı. Əslində isə evləri əvvəlcədən inşa etməklə bərabər hərbçiləri kirayələrdə saxlamamaq üçün daha optimal təkliflərim var. Dövlət 1 manat da olsun əlavə xərc çəkməyəcək, əksinə hərbçilərə ödənilən kirayə pulları dövlətin büdcəsində qalacaq. Hər ay 2500 nəfərə 300 manatdan ildə 9 milyon manat pul büdcədə qalacaq. Bu isə hər il ortalama olaraq Gəncədə 200 mənzil deməkdir. Həm dövlət qazanacaq, həm də hərbçilərimiz kirayələrdən kirayələrə daşınmayacaq.
Ədalət Verdiyev-hərbi ekspert