İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQ İdarə Heyətinin sədri Şahin Seyidzadə Azərbaycandan səfərdə olan Lahor qədim Qala şəhər Administrasiyasının rəhbəri Kamran Laşari ilə görüşüb.
Newscenter.az İdarəyə istinadən xəbər verir ki, görüş iki qurum arasında imzalanmış “Dostluq və əməkdaşlıq Protokolu” çərçivəsində, eləcə də Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında diplomatik əlaqələrin 30-cu ildönümü münasibəti ilə baş tutub.
Görüşdə "İçərişəhər” DTMQ İdarəsi və Lahor qədim Qala şəhəri Administrasiyası arasında əməkdaşlığın genişləndirilməsi və inkişafı imkanları müzakirə edilib.
Qeyd edək ki, görüş Pakistan Respublikasının Lahor qədim Qala şəhəri Administrasiyasının rəhbəri Kamran Laşarinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində keçirilib.
NEWSCENTER.AZ