Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev İrana rəsmi səfər edib.
Newscenter.az "Report"-a istinadən xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.
Tokayev Tehranda iranlı həmkarı İbrahim Rəisi ilə görüşəcək. Bundan əlavə, bir sıra hökumətlərarası sənədlərin imzalanması gözlənilir.
Bu, Tokayevin 2019-cu ildə prezident kimi vəzifəyə gəldikdən sonra İrana ilk səfəridir.